"Heç nə istəmirəm, nə ev, nə şərait"... - Əməkdar artistdən həmkarlarının ev almasına münasibət

2019-06-27 15:37:34 / 1203 dəfə oxunub
Əməkdar artist Hüsniyyə Mürvətova həmkarları evlə mükafatlandırılandan sonra yazdığı statusla diqqət çəkib.

Bakupostxəbər verir ki, aktrisa evsizlikdən şikayətlənib:

"Heç nə istəmirəm, nə ev, nə şərait... Elə 10 nəfərlə ata evində qalmaq yaxşıdır, vallah. Biz mehriban ailəyik. Birdən evim olar, özümü pis hiss edərəm. Daha rahat yaşasam, mənə pis təsir edər. Yox, olmaz. Bu gün-sabah 50 yaşım olacaq. Nə qalıb ki... Ev alaram, düşər-düşməzi olar – ölüb edərəm. Yox, evi neyləyirəm? İstəmirəm!”

Qeyd edək ki, prezident İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə və Vəfa Zeynalovaya ev hədiyyə edib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!