ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinə YENİ YANAŞMA

2019-07-08 15:49:29 / 749 dəfə oxunub

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illiksessiyası "Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafıngücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu.

Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da, əsasfikir mübadiləsinin "Siyasi işlər və təhlükəsizlik” komitəsində gedəcəyini hər kəsəvvəlcədən bilirdi. Çünki məhz bu komitənin hazırladığı qətnaməlayihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalaröz əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərindəmövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təminiüçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən birikimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi göstərilirdi.

Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrləapardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏTParlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin aktiv səyi nəticəsində siyasi komitəninqətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini
tapdı.


Nə idi bu yeni yanaşma:


1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq, ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisindəolan konfliktlərə EYNİ yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə
öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusiləDağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusiyanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər.Hətta Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edərək,Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstanvə Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərəbaxmayaraq, konfliktlərə bu cür vahid yanaşmasının sənəddə öz əksini
tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adını siyahıdançıxarılması ilə bağlı təklifi 41 əleyhinə, 6 lehinə olmaqla böyüksəs çoxluğu ilə rədd edildi.

2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olanmünaqişələrin SUVERENLİK, ƏRAZİ BÜTÖVLÜYÜ və BEYNƏLXALQ SƏVİYYƏDƏTANINMIŞ SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞI prinsipi əsasında nəticəyönümlü
danışıqların apaılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın özmüqədərratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısınıalır.

3. Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildəDağlıq Qarabağdakı qondarma və separatçı rejimin danışıqlar masasınagətirilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.

4. Sənəddə münaqişə ərazisi kimi yalnız AZƏRBAYCANIN göstərilməsi DağlıqQarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunubir daha təsdiq edir.


5. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədənsonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazibütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışsərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasınınvacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsininsiyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.

6. Bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsininHelsinki Yekun Aktının prinsiplərinə uyğun- güc tətbiq etməmə, ərazibütövlüyü və xalqların özmüqəddaratını təyin etmə hüququ əsasında həllolunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnızAzərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyəttərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllnəbir daha rəsmi dəstək verdi.

7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidəmünaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zamanhaqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı vəciddi hüquqi və siyasi əsas yaratmış oldu.

Bu qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsininhazırladığı və qəbul etdiyi sənəd olduğundan onun mühüm siyasiəhəmiyyəti var.

Qeyd etmək lazımdır ki, ATƏT Parlament Assambleyasının ProsedurQaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə qəbul olunmuş bu mühümsənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadandanışıqlarda istifadə üçün tövsiyə edilir. Bu baxımdan qəbul edilmişqətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları
çərçivəsində həlli üçün vacib dəstəkdir.

Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyasıiclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndəheyətlərinin Azərbaycan həqiqətlərinin daha çox qəbul etmələrinə səbəboldu.

Tahir Mirkişili

Milli Məclisin deputatı

ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!