Zakir Həsənov Qırmızı Xaç Komitəsinin nümayəndəsi ilə görüşdü

2019-07-09 17:21:29 / 850 dəfə oxunub
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ölkəmizdə fəaliyyəti başa çatan Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Müdafiə Nazirliyi ilə BQXK arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, cəbhəboyu zonada yerləşən hərbi hissələrin şəxsi heyətinin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin beynəlxalq humanitar hüquq sahəsində maarifləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Müdafiə naziri Azərbaycanda fəaliyyət müddətində ölkəmizlə beynəlxalq təşkilat arasında əlaqələrin daha da inkişafı istiqamətində səylərini əsirgəmədiyinə görə xanım E.Sesseraya təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!