İsmayıllıda təbii fəlakət - Elektrik verilişi dayandırıldı

2019-07-10 10:42:30 / 2230 dəfə oxunub
İsmayıllı rayonunda güclü külək və leysan nəticəsində yaranan sel suları evlərə, meyvə ağaclarına, elektrik naqillərinə ziyan vurub.

Ötən gün axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Güclü külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini, 1969-cu il təvəllüdlü Mirzəliyev Rövşən Hümbət oğluna məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evdəki əşyalara ziyan vurub. Hazırda ailə üzvləri evsiz qalıblar. Gəncədən Lahıc qəsəbəsinə turistləri gətirən avtobus "Cənnət bağı" istirahət mərkəzinin qarşısında dayanıb və yağışdan sonra qəflətən dağdan gələn sel sularına qərq olub. Avtobusu su və lil basdığı üçün onu ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Hazırda avtobusun sel basan ərazidən çıxarılması üçün tədbirlər görülür.

Bundan əlavə güclü külək nəticəsində rayonda elektrik naqilləri qırılıb, rayon mərkəzinə və kəndlərə elektrik verilişi dayanıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.(apa)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!