“Dini fundamentalizmin təzahürləri və onunla mübarizə üsulları”

2019-07-13 10:06:48 / 2371 dəfə oxunub

Din və Demokratiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi "Dinin siyasiləşdirilməsi meyillərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirləri” adlanan layihə üzrə Xaçmaz şəhərində seminar-müzakirə keçirib. 
Xaçmaz şəhəri, Turizm İdarəsində keçirilən "Dini fundamentalizmin təzahürləri və onunla mübarizə üsulları” mövzusunda tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Musayev açıb. Dinin həssas bir məsələ olduğunu qeyd edən İH təmsilçisi rayonda dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən danışıb. C.Musayev qeyd edib ki, dini təhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyi müstəvisində dəyərləndirilən məsələdir. Ölkədə dini maarifləndirmə və müxtəlif radikal dini cərəyanların doğurduğu təhlükəyə dair dövlət qurumları ilə birgə tədbirlərin davamlı şəkildə təşkil olunması bu meyllərin qarşını almağa yardımçı ola bilər.

Din və Demokratiya Mərkəzinin sədri Vasif Sadıqlı tədbirdə geniş məruzə edib. O, qeyd edib ki, fundamentalizm siyasi ideologiyadır. "Təhlükəsizlik probleminin analizi çərçivəsində iki fərqli cəhətə diqqət lazımdır. Əvvəla, bütün fundamentalistlər dinin siyasiləşdirilməsi nəticəsində əvvəlkilərə meydan oxuyan yeni düzənlər haqda düşünürlər. İkincisi, iş bu dünyagörüşü konfrontasiyası ilə bitmir, ziddiyyəti qeyri-nizami hərbi əməliyatlar vasitəsilə – dəqiq desək, terrorla gerçəkləşdirməyə səy edilir. Fundamentalistlər tərəfindən dinin siyasiləşdirilməsi milli-dünyəvi dövlət quruluşuna qarşı yönəlib”.
Natiq qeyd edib ki, istər təfəkkür, istərsə də struktur böhranı fundamentalizmin yayılması üçün münbit zəmin sayıla bilər. Dünyanın geniş bir sahəsində insanların kasıblaşması fundamentalizmin xilaskar ideologiya kimi çıxış etməsinə şərait yaradır. Bu zaman ayrı-ayrı şəxslər gizli terrorizmin toruna düşür və hesab edirlər ki, bunu islam naminə edirlər. Diletant olduqlarından, islam təlimini bilmədiklərindən anlamırlar ki, onlar islam norma və dəyərlərini pozurlar.

Vasif Sadıqlı daha sonra deyib: "Tədqiqatlar göstərir ki, fundamentalizmin yaratdığı əsas çətinliklərdən biri cəmiyyətdən izolyasiya olunmaqlarıdır. Belə təcridolunma milli dövlət ideyası ilə bir araya sığmayan sesessiya (icmanın cəmiyyətdən izolyasiya olub öz qanunu ilə yaşaması) doğura bilir. Bu isə məzhəb fərqliliyini vətəndaş müharibəsi həddinə çatdıra bilər. Bu üzdən normal cəmiyyətlərdə dövlət strukturları və vətəndaş cəmiyyəti institutları fundamentalistlərin cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirirlər. Fundamentalistlər isə bir qayda olaraq buna müqavimət göstərir, daha kiçik, daha homogen sistemlərdə yaşamağı üstün tuturlar. Gənclərin xaricdən maliyyələşən fundamentalist qrupların təsirinə düşməsinin qarşısını almaq üçün hər kəs əlindən gələni etməlidir.
Tədbirdə Dini Qurumlar üzrə Dövlət Komitəsinin nümayəndəsi Fərid Məmmədov, ayrı-ayrı dini icmaları təmsil edən Mübariz Abdullayev, Heybət Adilov, Səbuhi Nurəddinov və başqaları çıxış edərək, xurafatla xalis dinin ayrılmasının əhəmiyyəti, orta məktəblərdə ilkin dini bilgilərin verilməsinin müsbət nəticələri, dinin siyasiləşdirilməsinin fəsadları və s. barədə danışıblar.
Seminar-müzakirə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilib.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!