“Azərbaycanda çayçılığın inkişafı” adlı kitabça çap olunub

2019-07-15 11:06:33 / 807 dəfə oxunub

"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində "Azərbaycanda çayçılığın inkişafı” adlı kitabça çap olunub. Layihə rəhbəri Ədil Ədilzadənin verdiyi məlumata görə, kitabçada Azərbaycanda çayçılığın inkişafı, bu yöndə həyata keçirilən tədbirlər barəsində məlumatlar öz əksini tapıb. Həmçinin Çayçılıq haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” imzaladığı sərəncam öz əksini tapıb. 300 ədəd çap olunan kitabça Astara, Masallı və Lənkəranda çayçılıq sahəsi üzrə fəaliyyət göstərən fermerlərə paylanacaq.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!