Baş nazir Keşikçidağda törədilən insidentdən danışdı

2019-07-16 17:56:01 / 702 dəfə oxunub

"Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək”.

Sabahinfo.az "Report”aistinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziriMamuka Baxtadzehökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.

Baş nazir hər kəsi komissiya və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə çağırıb: "Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri iləəlaqə saxlayırlar. İki gün bundan öncə təəssüfedici insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiya və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.

Qeyd edək ki, iyulun 14-ü saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­ib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!