Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi

2019-07-16 11:00:29 / 1423 dəfə oxunub

Azərbaycan ərazisində yerləşən "Keşikçidağ" mağaralar kompleksi yaxınlığında Gürcüstan vətəndaşlarının iştirakı ilə baş verən insident Gürcüstan və Azərbaycan arasında strateji münasibətlərə uyğun deyil.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir:

"Bu cür insidentlər iki ölkə arasında mövcud olan strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Məhz buna görə də biz hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu məsələdə tam hazır olduğunu nümayiş etdirir. Həmçinin təxribatlardan yayınmaq üçün ictimaiyyətin maksimal dərəcədə təmkinlik nümayiş etdirməsi vacibdir".

Xatırladaq ki, iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən "Keşikçidağ" mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum ediblər və onları nalayiq ifadələrlə təhqir ediblər. Bununla bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!