DİQQƏTLİ OLUN! - “FaceApp” proqramı şəxsi məlumatları oğurlayır

2019-07-17 16:19:01 / 3453 dəfə oxunub
Bir çox mütəxəssislər hesab edir ki, "FaceApp” tətbiqi istifadəçilərin məxfi məlumatlarını üzə çıxarır. Onların fikrincə, proqram istifadəçilər üçün riskdir.

Texnologiya sahəsində təhlükəsizlik mütəxəssisi Devid Vaylbildiribki, "FaceApp” tətbiqi işə salınan zaman istifadəçidən normaldan daha çox şey istəyir:

"FaceApp” fotoşəkillərin hər kəs tərəfindən paylaşılmasına imkan yaradır və bu məlumatları həmişəlik saxlama haqqına sahib olur. Fotonu yükləyəndə isə məlumatınızın haraya göndərildiyinə dair ətraflı məlumat yoxdur. Tətbiqi yükləməmişdən əvvəl yazılan anlaşma mətnində fotoşəkillərin şirkət tərəfindən, demək olar, hər kəslə paylaşa biləcəyinə razılıq verirsiniz”.Bəzi mütəxəssislər tətbiqin mobil telefondakı şəkil albomlarına da giriş icazəsi almasına diqqət çəkib. Onlar deyirlər ki, "FaceApp” istifadəçinin xəbəri olmadan albomlardakı hər hansı bir fotoşəkildən istifadə edə bilər.

Avstraliyalı vəkil Maykl Bredli isə diqqətə çatdırıb ki, fotoşəklini, adını və digər məlumatlarını paylaşan istifadəçi rəqəmsal olaraq müdafiəsiz qala bilər:

"Tətbiqin ticarət baxımından bu məlumatları necə paylaşacağı hələ bəlli deyil. Proqramı yükləməzdən əvvəl hazırlanan sazişdə bu şirkətin satılacağı təqdirdər məlumatların taleyi ilə bağlı konkret məlumat yoxdur.

Şirkət satılanda etiraz etsəniz də, məlumatlarınız həmin şirkətə veriləcək. Məsələn, "FaceApp” NSA-ya (Amerika Milli Təhlükəsizlik Agentliyi) satılarsa, şəkillər və məlumatlarınız onların olacaq”.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!