Əli Əhmədov İsrail və Norveçin nazirləri ilə görüşdü

2019-07-17 12:42:02 / 1824 dəfə oxunub
ABŞ-ın Nyu-York şəhərinə rəsmi səfər çərçivəsində Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Norveçin Beynəlxalq İnkişaf Naziri Dag Inge Ulstein və İsrailin Ətraf mühitin mühafizəsi naziri və Təhlükəsizlik Şurasının üzvü Zeev Elkinillə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı, hər iki ölkələr arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi və tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Norveçin Beynəlxalq inkişaf naziri ilə görüşdə ölkələrimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin mümkünlüyü vurğulanıb. Bununla yanaşı Dayanıqlı İnkişaf üzrə bu il təqdim edilən Azərbaycanın ikinci könüllü Milli Məruzəsinin yüksək səviyyədə hazırlandığı, inkluziv inkişaf və özəl sektorun prosesə cəlb edilməsi məsələlərinin məruzədə geniş işıqlandırılmasının təqdirəlayiq olduğu qeyd edilib.

İsrailin ətraf mühitin mühafizəsi naziri və təhlükəsizlik şurasının üzvü Zeev Elkin ilə görüşdə Baş Nazirin müavini Əli Əhmədov İsrail və Azərbaycan münasibətlərinin inkişaf etdiyini və bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Eyni zamanda, İsrailin ətraf mühitin mühafizəsi naziri Azərbaycanla İsrail arasında daim dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində yeni əməkdaşlıqlarla daha da möhkəmlənəcəyini diqqətə çatdırıb. İki ölkə arasında təhsil, səhiyyə və digər istiqamətlərdə əməkdaşlığın davam etdiyini, növbəti illərdə su və su resurslarının səmərəli istifadəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını və bununla bağlı ölkəmizə səfər etmək niyyətini bildirib.

Bununla yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi diqqətə çatdırılıb.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!