9 naməlum şəhidə aid meyit qalıqları eksqumasiya ediləcək

2019-07-24 17:37:52 / 1727 dəfə oxunub
1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid məzarlarla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli Qərar qəbul edilib.

Azvision.azxəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.

Qərara uyğun olaraq, "Şəmmədli” qəbiristanlığında 9 naməlum məzarda dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının eksqumasiyası nəzərdə tutulur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, cari il iyul ayının 23-də meyit qalıqlarının eksqumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Dövlət Təhlükəsizliyi Xidməti, Respublika Hərbi Prokurorluğu və Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT-Birliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilən prosesin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!