Fransa prezidenti Novruz Məmmədovu təltif etdi

2019-07-29 15:10:13 / 1495 dəfə oxunub
Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin Fərmanı ilə "Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Baş nazirə ordeni Fransa hökuməti adından Bakıda səfərdə olan Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer təqdim edib.

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı Novruz Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer, ölkəsinin Baş Nazir Novruz Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb. Baş Nazir Novruz Məmmədov isə öz növbəsində bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və fransız xalqına minnətdarlığını bildirib.

Qeyd edək ki, "Şərəf Legionu” ordeni 1802-ci ildə Napoleon Bonapard tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan "Şərəf Legionu” ordeninin 5 dərəcəsi vardır. Fransa və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən "Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!