Çay bitkilərinin becərmə texnologiyası

2019-06-18 18:03:23 / 1633 dəfə oxunub
Azərbaycan Respublikasının təbii torpaq-iqlim şəraiti əsasən isti, quru və subtropik olması ilə səciyyələnir. Subtropik iqlim şəraiti ölkənin ümumi sahəsinin 65 faizini əhatə edir. Hələ 1936-cı ildə məhşur alim, botanik-genetik, akademik N.S.Vavilov Bakıda keçirilən subtropiklərin I konfransında belə qeyd etmişdir: "Azərbaycan dünyanın endemik bitki bankıdır.Talış isə (Lənkəran-Astara bölgəsi, müəl.) onun ən varlı gözəl gəlinidir”. Bu görkəmli alimin ölkəmizin iqliminə və bitki aləminə, xüsusən onun cənub bölgəsinə verdiyi yüksək qiymət özünü doğrultmuşdur. Həqiqətən belə iqlim şəraitinin respublikamızda müxtəlif növ və sort tərkibli çay və iqtisadi baxımdan əhəmiyyətli digər bitkilərin geniş sənaye miqyasında inkişaf etdirilməsi üçün böyük aqroiqlim potensialına malikdir.

Azərbaycan Milli Elmər Akademiyasının bölgədə fəaliyyət göstərən Lənkəran Regional Elmi Mərkəzi öz növbəsində çayçılığın inkişafı üçün aşağıda göstərilənlərin elmi-praktik əsaslarla işlənilməsini vacib sayır. Fermer təsərrüfatları üçün daha məhsuldar və keyfiyyətli çay sortlarını yaratmaqla və yekcins tinglərlə çay plantasiyalarının salmasına nail olmalı; Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin ən yaxşı adaptasiya olunmuş, yüksək təsərrüfat qiymətini almış sortların əldə edilməsi və fermer təsərrüfatlarına təqdim olunması; Bölgənin çay, sitrus və digər subtropik meyvə və texniki bitkilərin inkişafı üçün becərmə texnologiyalarının təkmilləşdirilməsi; Astara rayonunda sitrus bitkilərinin becərilməsi üçün daha əlverişli torpaq –iqlim şəraitin olmasını nəzərə alıb AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin "Astara Dayaq məntəqəsi”nin yaradılması; Bölgədə çayayararlı sahələrin müəyyənləşdirib və gələcəkdə bu sahələrdə çay plantasiyalarının salınması məqsədilə Lerik rayonu ərazisində AMEA-nın "Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birlikdə tədqiqat işlərinin aparılması çay və digər subtropik bitkilərin əkinəyararlı sahələrini müəyyənləşdirir; Lənkəran Dövlət Universiteti ilə həmkarlıq əsasında çay, sitrus və bəzək bağçılığı üzrə mütəxəssis kadrların hazırlanması və onların təkmilləşdirilməsi; Lənkəran –Astara bölgəsinin özünəməxsus təbii torpaq, iqlim şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulların yüksək keyfiyyətli olmasını nəzərə alıb "Made in Azərbaycan” brendi altında xaricə ixracatını artırmaq məqsədilə AMEA –nın Lənkəran Regional Elmi Mərkəzində müasir tələblərə cavab verən "biokimyəvi tədqiqatlar” şöbəsinin yaradılması və müasir labaratoriya avadanlıqları ilə təmin edilməsi və sair.
Məlum olduğu kimi çay generativ (toxumla) və vegetativ (qələmlə, ayırmalarla və s.) üsullarla çoxaldılır. Çay bitkisinin inkişafı və onun məhsuldarlığı yerdən və çay plantasiyasının salınması üsulundan aslıdır. Çay qolu özünün təsərrüfat qiymətini 100-120 il müddətinə saxlaya bilir. Ona görə də çay plantasiyaları düzgün salınmalı və bitkinin tələbatına uyğun olmalıdır. Çay plantasiyası salınarkən hökmən torpağın reaksiyasını (pH) təyin etmək lazımdır. Çay altına yalnız o torpaqlar yararlı sayılır ki, onların 80-100 sm dərinliyə qədər pH-4-6.5 və qurunt sularının səviyyəsi 100 sm-dən aşağı olsun. Çay bitkisinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri: Çay bitkisinin əsas xəstəlikləri - ləkə xəstəliyi ( Qəhvəyi ,boz ,mis rəngli) və s. qarşı mübarizədə 1%-li bordo məhlulu və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Çay bitkisinin əsas zərərvericiləri - çay güvəsi, çay mənənəsi, yastıcalara və s.qarşı mübarizədə 0,2%-li dursban, 0,2% -li poliqor,0,4%-li Dnok və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, çay qolu çox ləng böyüyür. Birinci məhsulu dərənə qədər gərək çay sahəsinə uzun müddət qayğı göstərəsən. Yalnız 7-9 ildən sonra çay qolu birinci məhsulunu verir. Odur ki, çay becərilən plantasiyalar dəniz səviyyəsindən yüksəklikdə yerləşməklə orta meyilli olmalıdır. Yaşıl yarpağın yetişdirilməsində bitki və heyvan mənşəli maddələrdən (gübrə, peyin, dərmanlar) istifadə olunmalıdır. Yaşıl yarpaqların qida məhsullarını yığan zaman onların zərəsiz qablara zədələnmədən toplanması gərəkdir. Çay yarpaqlarının ilk emalında ən yüksək və müasir texnologiyadan istifadə etməklə keyfiyyətli yarımfabrikat (xam çay) əldə etməyə çalışmaq lazımdır. Xarici ölkələrdən gətirilən çayın daşınma müddətini qısaltmaqla onun nəqliyyatda daşınması zamanı keyfiyyətinin qorunmasını təmin etmək vacib şərtdir. Çayın əkilib-becərilməsində, eləcə də paketlənməsində sanitar-gigiyenik qaydalara əməl edilməli, insan orqanizminə zərəsiz qablaşdırıcı materiallardan (karton, kağız, folqa) istifadə edilməlidir.

Nurlan

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!