Çayçılığın inkişafında Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun rolu

2019-06-14 15:36:49 / 289 dəfə oxunub
Çay məhsuları gəlirli sahə hesab olunduğundan Azərbaycanda çayçılığın inkişafına xüsusi diqqət yetirilir. Elə bu səbədən də ölkədə çayın kütləvi istehsalı həyata keçirilir. Son zamanlar isə yeni çay sortlarının istühsalı prioritet məsləyə çevrilib. Məlum olduğu kimi çayın ölkəmizdə becərilməsinin yüz ildən artıq tarixi var. Bu müddət ərzində çayçılıq sahəsində mühüm nəticələr əldə olunub və yeni çay sortları ərsəyə gətirilib. Hətta xaric ölkələrdən də yeni çay sortları ölkəyə gətirilib. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda yerli çay istehsalı 1980-ci illərin ortalarında ən yüksək həddə çatıb. 300 milyon əhalisi olan SSRİ-nin çaya olan təlabatınnı 8-10%-i Azərbaycan çayı hesabına ödənilib. Lakin Sovetlər ittifaqı dağılandan sonra iqtisadiyyatın bir çox sahələrində olduğu kimi çayçılıqda da durğunluq yarandı. Çayçılıq məhv olma təhlükəsi qarşısındaydı. Çayçılığın əsas bazası olan Lənkəran və Astarada böyüək əziyyətlər hesabına salınmış çay plantasiyaları baxımsırlıq üzündən dağılmağa başladı. Böyük çay sahələri ot ələf basaraq məhv oldu. Adı və dadı ilə bir vaxtlar məşhur olan Azərbaycan çayı artıq əvvəlki şöhrətini itirmişdi. Belə bir məqamda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda torpaq islahatlarının aparılması, həmçinin 2005-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikası Ərzaq Təhlükəsizlik Proqramı və prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı sərəncamla 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramının qəbul edilməsi ölkəmizdə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməklə yanaşı çayçılığın inkişafına da stimul verdi. İş adamlarına yaradılan şərait bölgələrdə çayçılığın inkişafı istiqamətində əsaslı addımlar atmağa şərait yaratdı. Fəaliyyətini dayandırmış bir sıra çay fabrikləri yenidən istifadəyə verildi. Hazırda Azərbaycanda çayçılığın əvvəlki şöhrətini qaytarmaq iqtiqamətində müvafiq addımlar atılmaqdadır. Məlum ilduğu kimi bu sahənin inkişafı böyük zəhmət və vəsait tələb edir. Mütəxəssislər bildirir ki, yeni əkilmiş çay kolundan yalnız 7-8 ildən sonra ilk məhsul yığılır. İlk illər məhsul az, sonrakı illər isə yəni 10 il keçəndən sonra məhsuldarlıq artır. Elə bu səbədən ölkədə çayçılığın inkişaf etdirilməsi və yeni çay sortlarının yaradılması üçüm elmi-tədqiqat mərkəzlərinin yaradılmasına ehtiyac duyulur. Azərbaycanda çay bitkisinin inkişaf etdirilməsində önəmli rol oynamış Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialı da sözügedən müəssisələr sırasındadır. Xatırladaq ki, sözügedən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay filialının təməli 1926-cı ildə qoyulmuşdur ( ilk dövrdə bu filial Ümumittifaq Bitkiçilik İnstitutunun Dayaq Məntəqəsi, 1944-cü ildən isə Az.ET Çoxillik Bitkilər İnstitutunun Lənkəran filialı kimi fəaliyyət göstərmiş, 2015-ci ildən isə MÇETİ-nun Lənkəran Çay Filialı kimifəaliyyət göstərir). Bu elm ocağının respublikanın cənub bölgəsində yaradılmasında dünyada yaxşı tanınmış akademik N.İ.Vavilovun müstəsna xidmətləri olmuşdur. Azərbaycan Respublikasında çayçılığın sənaye miqyaslı inkişaf etdirilməsində Lənkəran Çay Filialının böyük xidmətləri olmuşdur. Azərbaycanda çay bitkisinin elmi əsaslarla yetişdirilməsi işinə 1929-cu ildən başlanılmışdır və ilk dəfəLənkəran və Zaqatala Dayaq Məntəqəsində akademik Ə.C.Rəcəbli çay toxumlarından çay bitkisi yetişdirməyə başlamışdır.İlk çay plantasiyasıMeyvəçilik və Çayçılıq ETİ-nun Zaqatala Dayaq Məntəqəsində salınmışdır, iqlim şəraitinin sərt olmasına baxmayaraq, bu plantasiya son vaxtlara kimi mövcud olmuşdur. Meyvəçilik və Çayçılıq ETİ-nun Lənkəran Çay Filialının seleksiyaçı alimlərinin uzunmüddətli gərgin əməyi əsasında çay bitkisinin 6 yeni seleksiya sortu - Azərbaycan-2, Azərbaycan-4, Fərmançay, Fərmançay çəhrayı, Xəzər və Lənkəran sortlarırayonlaşdırılaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Dövlət Reyestrinə daxil edilmişdir. Hal-hazırda Lənkəran-Astara bölgəsinin çay plantasiyalarında Azərbaycan-2 və Azərbaycan-4 sortları əsas sort kimi üstünlük təşkil etməklə geniş sahələrdə becərilir. Bununla yanaşı olaraq Lənkəran Çay Filiali əməkdaşları tərəfindən çay bitkisinin becərilmə və emalı texnologiyasının elmi əsasları işlənib hazırlanmış və geniş sahələrdə istehsalata tətbiq olunmuşdur. İşlənib hazırlanmış buproqressiv becərmə texnologiyası çay plantasiyalarında məhsuldarlığın artırılmasına, daha doğrusu yaşıl çay yarpağı məhsulu istehsalının 2-2,5 dəfə artırılmasına imkan yaratmışdır. Meyvəçilik və Çayçılıq ETİ-nun Lənkəran Çay Filialının alimləri tərəfindən ilk dəfə olaraq Azərbaycanda çay bitkisinin becərilməsinə dair aqronomiya qaydaları hazırlamış, onu daha da təkmilləşdirərək fermer və sahibkarların stolüstü kitabına çevirmişlər. 

Nurlan 

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!