Kino xadimlərinə fəxri adlar verildi - SƏRƏNCAM

2019-07-31 17:15:07 / 2085 dəfə oxunub

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Əlizadə Oqtay Mahmud oğlu
Rzayev Nazim İsrafil oğlu

Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti”

Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə Camal qızı

"Əməkdar incəsənət xadimi”

Azay Adil Çərkəz oğlu

"Əməkdar artist”

Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu

"Əməkdar mədəniyyət işçisi”

Ağayev Nəsir İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək Barat oğlu
Mahmudova Zəkiyyə Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı

Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı

Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif ediliblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!