"Özün de” fiziki məhdud şəxslərə psixoloji dəstək”adlı layihənin icrası uğurla başa çatıb

2019-08-01 16:59:32 / 2298 dəfə oxunub
Azərbaycan Maarifçi Gənclər Təşkilatı 01 May 2019-cu il tarixdə etibarən Azərbaycan Respublikası Przidentini yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını maliyyə dəstəyi ilə "Özün de” fiziki məhdud şəxslərə psixoloji dəstək” adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi, məhdudiyyəti olan uşaqları özünə, cəmiyyətə, ailələrinə və sosial çevrəsinə faydalı bir fərd kimi inkişaf etdirməkdir. Ən əsas isə fiziki məhdudiyyətli şəxslərin özlərinin sosiallaşması üçün nə etmək istədiklərini araşdırmaqdır. Layihə 3 ay müddətində davam etmişdir. Layihə çərçivəsndə 50 nəfər fiziki məhdudiyyətli şəxlərlə arasında sosioloji sorğular keçirilmişdir. Sorğuların nəticələrini özündə əks etdirən "Özün de” adlı kitabça hazırlanaraq nəşr edilmişdi. 29 İyul 2019-cu ildə "Hummel” Psixoloji Mərkətinzində "Özün de” kitabçasının təqdimatı təşkil edildi. Tədbiri layihənin rəhbəri Ruhiyyə Aslanova aşıq elan edərək fiziki məhdudiyyətli şəxslərin ictimaiyyət tərəfindən normal qəbul edilmələrinin vacibliyindən bəhs etdi. Daha sonra kitabçanın müəllifi Aytəkin Məmmədoba çıxış edərək sosioloji sorgunun nəticələri barədə məlumat verərkən 4 əsas məqama diqqət yetirməyin vacib olduğunu bildirdi:

1. Fiziki məhdudiyyətli şəxsləri digər şəxslərdən ayırmamaq;.
2. Kömək etmək üçün onlardan icazə almaq
3. Ünvanlanan sualların onların əvəzinə digər şəxslərin cavablandırılmasına yol verməmək;
4. Onları anlamaq və hisslərini nəzərə almaq.

Daha sonra tədbir müzakirələr şəklində davam etdi.

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!