Əri tərəfindən xəyanəti bilinən qadın və məşuqu intihar etdi - Başqa birinin isə qulaqları kəsildi - Beyləqanda DƏHŞƏT

2019-08-01 17:09:22 / 1286 dəfə oxunub

Beyləqanda evli qadınla cinsi münasibətdə olduğu üçün qulağı kəsilən şəxsin səhhəti ilə bağlı rəsmi açıqlama verilib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavabında bildirib ki, həmin şəxs əməliyyat olunub, vəziyyəti kafidir. "Həmin şəxsə təxminən 7-8 bıçaq vurulub, bıçağın biri ürəyinə nüfuz edib, sağ mədəciyi zədələyib. Əməliyyat xəstəxananın baş həkimi tərəfindən aparılıb, demək olar ki, onu həyata qaytarıblar. Sağ qulağı dibindən kəsildiyindən amputasiya olunub", - Abubəkirov söyləyib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Beyləqanın Birinci Şahsevən kəndində iki azyaşlı uşaq anası olan 25 yaşlıNuranə Həsənova eyni yerdə işlədiyi Gündüz Baxşəliyevlə cinsi münasibətdə olub. Hadisəni əri biləndə hər ikisi intihar edib. Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə - həmkəndlisi Emil Elyarovla intim münasibətinin olduğunu öyrənib. R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!