Şabranda kütləvi zəhərlənmə: nazirlik tortdan olmadığını deyir - YENİLƏNİB

2019-08-02 11:19:04 / 389 dəfə oxunub

Səhiyyə Nazirliyi Şabranda kütləvi zəhərlənməyə münasibət bildirib.

NazirlikdənOxu.Az-a verilən məlumata görə, zəhərlənənmə ilə müraciət edənlərin sayı 30 yox, 15 nəfərdir:

"Eyni məclisdə qida zəhərlənməsi ilə bağlı Şabran Rayon Mərkəzi Xəsətəxanasına 15 nəfər müraciət edib. Onların konkret tortdan zəhərləndiklərini demək olmaz.

Bəziləri digər qidaları yedikdən sonra vəziyyətlərinin pisləşdiyini deyir. Bundan əlavə daha 3 nəfər də qida zəhərlənməsi ehtimalı ilə müraciət edib. Lakinonlar həmin ad günü məclisində olan adamlar deyil. Müraciət edən şəxslərin mədəsi yuyulub. Vəziyyətləristabildir. Ehtiyat məqsədi ilə həkim nəzarətində saxlanılırlar”.

10:25

Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran RayonMərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstəxananın Reanimasiya şöbəsinin müdiri, həkim İmamqulu İbrahimov saytımıza açıqlamasında bildirib ki, zəhərlənmə tortdan baş verib.

Ad günü mərasimində olan şəxslər müxtəlif vaxtlarda halsızlıq şikayəti iləxəstəxanaya müraciət ediblər.

"Bu gün səhər də bir müraciətimiz oldu. Təxminən 30-a yaxın adam xəstəxanaya gəlib. Amma həyati təhlükə yoxdur”, - deyə həkim bildirib.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!