FHN: “Sədərək” ticarət mərkəzi 900 kvadratmetr sahədə yanıb

2019-08-05 12:13:53 / 443 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

FHN-dən Sabahinfo.az-a bildiriblər ki, "Sədərək” ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 kvadratmetr olan müxtəlif təyinatlı anbarın yanar hissələri və içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!