Güclü külək Bakıda 10 ağacı kökündən çıxardı - Filarmoniya bağına da ziyan dəydi

2019-08-05 15:00:08 / 2104 dəfə oxunub

Güclü küləklə əlaqədar Azərbaycan Dövlət Filarmoniyasının qarşısındakı bağda 3 ağacın budaqları sınıb, 1 ağac isə kökündən çıxıb.

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, artıq sınmış budaqlar və kökündən çıxmış ağaclar doğranaraq daşınmaq üçün hazır vəziyyətə gətirilib.

O.Məmmədov bildirib ki, indiyədək Bakıda 20 ağacın budaqları sınıb, 10 ağac kökündən çıxıb.

Şöbə rəisi hazırda birliyin gücləndirilmiş iş rejimində çalışdığını, qurumun əməkdaşlarının fəsadların aradan qaldırılması üçün hadisə baş verən ərazilərə səfərbər olunduğunu söyləyib.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.(trend)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!