Azərbaycanda daha bir 17 yaşlı qız özünü öldürdü - Məcburi ərə vermək istəyiblər

2019-08-06 15:57:27 / 1570 dəfə oxunub

Azərbaycanda daha bir 17 yaşlı qız intihar edib.

Oxu.Azxəbər verir ki, hadisə avqustun 6-na keçən gecə Cəlilabad rayonununƏliqasımlı kəndində baş verib.

Kənd sakiniHacıyeva Aysun Maqsud qızı həyətdəki yarımtikilidə özünü asıb.

Cəlilabad rayonunun hüquq-mühafizə orqanlarından saytımıza verilən məlumata görə, qızın özünü öldürməsinə səbəb ailəsinin onu məcburi şəkildə ərə vermək istəməsi olub.

Belə ki, qız nənəsi və babası ilə yaşayıb. Atası A,Hacıyevanın anasından boşanaraq Rusiyaya gedib. Anası isə İmişli rayonunda ərə gedərək qızı valideynlərinin yanında qoyub. İlkin məlumata görə, nənə nəvəsini ərə vermək istəyib və bəyin ailəsini də seçib. Lakin qızın özü bu nikahı istəməyib. A.Hacıyeva taxıl kisələrinin üzərinə çıxaraq tikilidəözünü asıb.

Nəvənin meyitininənəsi tapıb. Onlar bir otaqda yatıblar və qadın çarpayısında nəvəsini görməyəndə onu axtarmağa başlayıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Xatırladaq ki, analoji hadisə Zaqatala rayonunda baş verib. Belə ki, bir müddət əvvəl17 yaşlı Gülər İsmayılova özünü asıb. Onun intiharına səbəb kimi məcburi ərə verilməsi ehtimal olunur. Məlumat üçün bildirək ki, Gülər nişanlı olub.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!