5 nəfər xəsarət aldı, 10 avtomobil əzildi - Bakıda güclü küləyin fəsadları

2019-08-06 13:48:32 / 1557 dəfə oxunub

Avqustun 5-də Bakıda müşahidə edilən güclü külək nəticəsində beş nəfər xəsarət alıb, 10 avtomobil zərər görüb.

Bu barədəOxu.Az-a daxili işlər orqanlarından məlumat veriblər.

Binəqədi rayonunda beş ağacın aşması faktı qeydə alınıb. Bir halda Bakı sakini Yaşar Quliyevin "KİA” markalı avtomobili zərər görüb.

Səbail rayonunda 10 oxşar hadisə baş verib. Q.Abbasov küçəsində Mübariz Nağıyevə məxsus "Renault” markalı maşının üzərinə ağac aşıb. Həmin küçədə ağac parklanmış "Hyundai” markalı avtomobilin də üzərinə düşüb. Lermontov küçəsində isə beş yerdə güclü küləyin fəsadları qeydə alınıb.

Nizami küçəsində ağacın budağı 1999-cu il təvəllüdlü Qəmbərli Simarə İlqar qızının üzərinə düşüb. Nəticədə qız kəllə-beyin travması alıb.

Xaqani küçəsində ağacın aşması nəticəsində "Renault” markalı maşına ziyan dəyib.

Qaradağ rayonunun Sahil qəsəbəsində ağac 1956-cı il təvəllüdlü Quliyev Əliqismət Elxan oğlunun başına düşüb. Nəticədə kişi yardım üçün həkimlərə müraciət edib.

Nərimanov rayonunda aşan ağaclar isə Emin Kazımovun "Lexus” və Ruslan İsmayılovun "KİA” markalı maşınlarına ziyan vurub.

Nəsimi rayonunda ağacların aşması ilə bağlı yeddi fakt qeydə alınıb, nəticədə Mahir Təhməzovun "Volkswagen” avtomobili zədələnib, eləcə də telefon xətləri qırılıb.

Nizami rayonunda beş analoji fakt olub. Aida və Nailə Cavadova bacıları xəsarət alıblar. Aşan reklam lövhəsi onların üzlərinə xəsarət yetirib. Hacımurad Hacıyev də eyni formada Qara Qarayev prospektində xəsarət alıb.

Yasamal rayonunda isə səkkiz fakt qeydə alınıb. Burada BMW və "GAC” markalı avtomobillər, eləcə də yaşayış evlərinin dam örtükləri zərər görüb.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!