Bakıda fahişələrlə əylənən ərəblərin başına iş açdılar - Film kimi soyğun

2019-08-06 11:46:41 / 469 dəfə oxunub

Səudiyyə Ərəbistanı vətəndaşları quldur basqınının qurbanı olublar.

Bu barədəOxu.Az-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Üç naməlum şəxs avqustun 5-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsində yerləşən 94 nömrəli evdəki mənzilə girib. Mənzili Səudiyyə Ərəbistanı vətəndaşları - 1998-ci il təvəllüdlü Əlibaba Əli Həsən və onun həmyaşıdı Əlsaəəd Məhəmməd Əbdülrahim kirayəyə götürüblərmiş. Basqın zamanı əcnəbi turistlər yerli fahişələrlə eyş-işrətlə məşğul olduqlarına görə cinayətkarların gəlişi onlar üçün gözlənilməz olub.

Cinayətkarlar ərəblərdən 1500 manat və 5 ədəd bahalı mobil telefon götürüblər. Sonra basqın edənlərdən ikisi Əlibaba Əli Həsən ilə mənzildən çıxaraq Puşkin küçəsindəki "Bank of Baku” bankomatına gediblər. Ərəbin kartından 200 manat çıxaran kişilər hadisə yerinə qayıdıblar. Onlar burada turistləri yapışqanlı lentlə bağlayaraq hadisə yerindən qaçıblar.

Məlumata görə, turistlərin əyləndikləri qız soyğunçularla əlbir olub. Çünki o, cinayətkarların mənzilə səssiz-səmirsiz daxil ola bilmələri üçün qapını açıq saxlayıb.

Qeyd edək ki, əməliyyatçılar artıq şübhəlilərin izinə düşüblər. Hazırda onların aşkar edilərək saxlanılması üzrə iş aparılır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!