Bakının mərkəzində “ölüm divarları”: aşsa, faciə qaçılmaz olacaq

2019-08-07 16:27:52 / 1486 dəfə oxunub

Bakının Nəsimi rayonunda, Azadlıq prospekti 46-48-də aparılan söküntü işləri sakinlərin narazılığına səbəb olub.

Oxu.Azxəbər verir ki, buna səbəb dördmərtəbəli binanın söküntüsü zamanı təhlükəsizlik tədbirlərinin görülməməsidir.

Sakinlərin sözlərinə görə, sökülən binanın ətrafında təhlükəsizlik üçün sədd çəkilməyib. Onlar qeyd edib ki, binanın divarının uçacağı təqdirdəbədbəxt hadisələr qaçılmazdır.

Əhali küləkli havada həmin binanın yaxınlığından keçməyin daha da təhlükəli olduğunu, daş parçalarının yola düşdüyünü bildiriblər.

Məsələni dəqiqləşdirmək üçün deyilən əraziyə yollandıq. Həqiqətən də, göründüyü kimi, binada söküntü işlərinin aparılmasına baxmayaraq, kənarlarda təhlükəsizlik üçün yalnız lent çəkilib. Bəzi vətəndaşlar da lentin kənarında avtomobil yoluna çıxaraq, hərəkətlərini davam etdirirlər.

Yerli sakinlər əlavə ediblər ki, bəzi insanlar hətta həmin lentləri adlayıb, söküntünün getdiyi binanın yaxınlığından keçirlər. Yaxınlıqdan avtomobil yolunun keçməsi isə təhlükəni ikiqat artırır.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!