Ekspert: Azərbaycan antiterror əməliyyatları keçirərək ərazi bütövlüyünü bərpa etmək gücündədir

2019-08-14 17:17:42 / 127 dəfə oxunub

Azərbaycan antiterror əməliyyatları keçirərək ərazi bütövlüyünü bərpa etmək gücündədir.

BunuOxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Müdafiə naziri Zakir Həsənovun cəbhəboyu bölgələrə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, sülh yolu ilə münaqişənin həll variantı tükənərsə, Azərbaycan üçün başqa yol qalmır:

"Azərbaycan hərb yolu ilə, antiterror əməliyyatları keçirərək öz ərazi bütövlüyünü bərpa etmək gücündədir. Ermənistan Azərbaycanabaşqa yol qoymur”.

Ş.Ramaldanov bildirib ki, Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfərləri yerlərdə vəziyyətəbir daha nəzər salmaq məqsədi daşıyır və bundan sonra lazımiqərarlar verilir:

"Əgər beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri nəticə verən addımlar atmasa, Ermənistan da tutduğu işğalçılıq siyasətindən əl çəkməsə, bunun sonu güc yolu olacaq. Bu da Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində haqqıdır”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilən qüvvələr qanunsuz hərbi birləşmələrdir:

"Bu isə elə terrorçu birləşmələr deməkdir. Bütün beynəlxalq təşkilatlar buna qarşı mübarizə aparmalıdırlar və hamısını tərksilah etməlidirlər. Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsi üçün tam hüquqi əsası var”.

Polkovnikin fikrincə, Müdafiə Nazirliyinin rəhbərliyinin cəbhə bölgəsinə səfərləri hərbi məsələləri bir daha götür-qoy etmək məqsədi daşıyır:

"Düşünürəm ki, bu işlərin sonu Azərbaycan tərəfinin uğurlu antiterror əməliyyatına gətirib çıxara bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.

Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra nazirüzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Bundan başqa, Z.Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə də olub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!