Cinsi münasibətdə yaş fərqi: peşəkar, enerjili partnyor axtarışı və boşanma

2019-08-17 17:40:08 / 907 dəfə oxunub

Cəmiyyətdə gənclərin özlərindən 20-30 yaş böyük insanlaailə həyatı qurması hallarına ara-sıra rast gəlinir.

Psixoloq Xudaverdi MəmmədovOxu.Az-a açıqlamasında bildirib ki, bu, insanların romantik, cinsi münasibətlərdə özlərinə uyğun partnyor axtarmaistəyindən irəli gəlir. Bu zaman emosional tələbatlarını ödəmək üçün seçdikləri partnyorun yaşı onlar üçün önəmli olmur:

"Həm qadın, həm də kişilər üçün keçərli olan birməqam var. Gənclər həmişə yaşda özlərindən böyük olan partnyorlarla eşq yaşamaq istəyirlər. Bunun səbəbi yaşca böyüklərin istər emosional, istərsə də qarşılıqlı münasibətlərdə daha peşəkar, təcrübəli olmasıdır.

Bunun əksinə olaraq, yaşlı kişi və qadınlar özlərindən kiçik partnyorlara üstünlük verirlər. Səbəb isə sadədir: gənclər daha enerjili olur. Məsələn, yaşlı kişilər emosional (həm də intim) münasibətlərdə istədikləri performansı sərgiləyə bilmirlər vənəticə etibarilə daha gənc, enerjili xanımlarla münasibətə maraq göstərirlər. Eynilə də yaşlı xanımlar cavan oğlanlara aşiq olmasının səbəbi budur. Gənc partnyorların göstərdiyi qayğı, nəvaziş onlara daha çox xoş gəlir, nəinki yaşıdları".

Psixoloqun fikrincə, gənc qızların böyük əksəriyyəti də daha yetkin kişilərlə sevgi münasibəti yaşamaq istəyir:

"Onlar çox nadir hallarda yaşıdları ilə sevgi münasibəti yaşayırlar. Qızların yeniyetməlik dövrü oğlanlara nisbətən daha erkən yaşlarda başlayır. Ona görə də xanımlar həmişə yanında hər mənada özlərindən daha ağıllı, yetkin kişilər görmək istəyirlər".

X.Məmmədov qeyd edib ki, ümumilikdə bu cür münasibətlərin əsas səbəbi yaşlıların təcrübəsi, gənclərin isə enerjili olmasıdır. Bu, həm də patoloji problemlərdən irəli gələ bilər:

"Əgər bu münasibətlərdə tərəflər bir-birinə zərər vermirsə, o zaman patologiyadan söhbət gedə bilməz. Biz bunu qeyri-normal yanaşma, psixoloji problem kimi qiymətləndirməkdə çətinlik çəkirik”.

Emosional və intim münasibətlərdə yeni fantaziyaların yaranmasını misal gətirən psixoloq bu problemin insanların həyatlarına ciddi təsir göstərdiyini qeyd edir:

"İnsanları bir-birinə romantik hisslərlə yanaşı, erotik hisslər də bağlayır. Tərəflər intim münasibətlər zamanı müxtəlif fantaziyalar istəyirlər. Əksər hallarda heç kim bunu həyat yoldaşı, sevgilisi ilə sınamağa risk etmirlər. Məhz bu fantaziyalardan zövq almasını təmin edə bilmədiyi üçün də yaş məhdudiyyəti olmadan başqa tərəf müqabili axtarırlar.

Son dövrlərdə boşanmaların artmasında əsas səbəblərdən biri tərəflərin bir-birinin cinsi fantaziyalarını lazımisəviyyədə ödəməməsidir. Tərəflər boşananda bu məqam mentalitet baxımından heç vaxt dilə gətirilmir. Bütün hallarda evliliyin təməlində dayanan əsas nüanslardan biri intim münasibətlərin qaydasında olmasıdır. Faiz etibarilə evliliyin davamlı olmasında ən önəmli məqamlardan biri budur. Bu məsələdə tərəflər arasında anlaşılmazlıq yarananda evlilik mərhələli şəkildə zədələnir".

Oəlavə edib ki, insanlar qəbul etsə də, etməsə də, bəzən öz erotik istəklərini evlilik çərçivəsində yerinə yetirə, bir-birilərini qane edə və tələbatlarını ödəyə bilmirlər. Bu isə onları alternativlər axtarmağa vadar edir. Nəticədə isə problem boşanmaya qədər gəlib çıxır.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!