Azərbaycanda narkotacir və narkoman qadınların sayı artıb

2019-08-17 10:13:26 / 1917 dəfə oxunub

2019-cu ilin 6 ayı ərzində narkotiklərlə əlaqədar 2310, o cümlədən narkotik vasitələrin satışı məqsədilə 707 cinayət aşkar edilərək qanunsuz dövriyyədən 810 kiloqram narkotik vasitə çıxarılıb.

Oxu.Azstatistik göstəricilərə istinadən xəbər verir ki, bu dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1535 nəfər cinayət törədib.Onlardan 1008 nəfəri(65,7 faizi) işsiz və təhsili olmayan, 399 nəfəri(26 faizi) əvvəllər cinayət törətmiş şəxs, 21 nəfərisə (1,4%) qadın olub.

2018-ci ilin müvafiq dövründə isə bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1162 nəfərdən 1009-u (86,8 faiz) əmək qabiliyyətli, işləməyən və təhsilsiz, 453-ü (39 faiz) əvvəllər cinayət törətmiş şəxs, 14-ü (1,2 faiz) isə qadınolub.

Ümumiyyətlə, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı da artıb.

Səhiyyə Nazirliyininaçıqladığı son rəqəmlərə görə, 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. 2018-ci ildə isə narkotik aludəçisi olan qadınların sayı artaraq 626 nəfərə çatıb.

2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i (2017-ci ildə 26, 2016-cı ildə 29) qadın olub.

Ümumilikdə narkomanlar arasında 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, qadın narkomanlar arasında 30-45 yaşlılar daha çoxdur.

Belə qadınların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçisidir.

Nazirlikbildirir ki, qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti ikiaydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətlərinə görə narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha sürətlə qurşanırlar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!