Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram"

2019-08-17 10:56:43 / 1183 dəfə oxunub

Müğənni Elnarə Xəlilova medala layiq görülüb.

Oxu.Azxəbər verir ki, E.Xəlilova Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib.

MüğənniOxu.Az-ın əməkdaşı ilə söhbətindəmedalla təltif olunduğu üçün qürur və şərəf duyduğunu dilə gətirib:

"Bu cür yüksək mükafata layiq görüləcəyimi gözləmirdim. Bu mükafat məni çox qürurlandırdı. Artıq uzun müddətdir ki, mən də sərhədçiyəm. Bu şərəfli adı daşıdığım üçün çox xoşbəxtəm.

Bütün sərhədçiləri öz adımdan 100 illik yubiley münasibətilə təbrik edirəm. Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum Qarabağımızı azad görməkdir. Eyni zamanda, bütün əsgərlərimizə tutduqları şərəfli yolda uğurlar, cansağlığı arzulayıram".

Qeyd edək ki, leytenant rütbəsi daşıyan E.Xəlilova Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solistidir.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!