ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa... - Alimlər QORXUNC NƏTİCƏNİ proqnozlaşdırıb

2019-08-17 17:49:55 / 2535 dəfə oxunub

ABŞ-la Rusiya arasında tammiqyaslı nüvə müharibəsi Yer kürəsini on illiklər boyu nüvə qışına sürükləyərdi.

Sabahinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, belə qənaətlə ABŞ-ın Ratger universitetinin, atmosfer araşdırmaları üzrə Milli mərkəzinin və Kolorado universitetinin alimləri çıxış ediblər. Alimlərin araşdırmasının nəticələri "Journal of Geophysical Research" jurnalında dərc olunub.

Mütəxəssislər aydınlaşdırıblar ki, nüvə partlayışları kütləvi yanğınlara və atmosferə kütləvi şəkildə qatı qara tüstünün buraxılmasına (147 milyon tondan çox) gətirib çıxaracaq. "Nüvə buludu" Günəş şüalarının Yerə düşməsini məhdudlaşdıracaq və nəticədə temperatorun orta hesabla 7 dərəcə aşağı düşməsinə səbəb olacaq.

Stratosferdəki küləklər bu nüvə buludunu bütün Yer kürəsinə yayacaq və nəticədə planeti nüvə qışı bürüyəcək. Yerə normal Günəş şüalarının düşə bilməsi üçün ən azı 10 il vaxt lazım gələcək.

Habelə nüvə müharibəsi nəticəsində planetdə musson yağışları başlaya və Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun güclü tərəddüdləri yarana bilər.

"Tammiqyaslı nüvə hücumu bu hücuma qərar verən ölkə üçün intihar demək olacaq",-alimlər bildirir. Əlavə edirlər ki, ABŞ-la Rusiya arasında nüvə müharibəsi bütün dünya üçün fəlakətli nəticələr doğuracaq. Ona görə də siyasətçilər hadisələrin mümkün inkişaf variantını hesablamalı və qərarların qəbulu zamanı bu informasiyanı nəzərə almalıdır.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!