"Peşəkar fəaliyyətləri ilə insanlara örnək olan Fuad Əhmədov”

2019-08-19 12:39:27 / 1667 dəfə oxunub
Bir xalqı tanıdan ən güclü amillərdən birincisi mədəniyyətdir.Hər sahənin mütləqdir peşəkarları olsun.Peşəkar demək yorulmadan işləmək,ən qabaqcıl fəaliyyətləri ilə insanlara örnək olmaq deməkdir.

Sabahinfo.az xəbər verir ki, Azərbaycan teatrına müstəsna fəaliyyətləri olan mərhum aktyor Fuad Əhmədovun bu gün anadan olduğu gündür.

Fuad Əhmədov 1949-cu il avqust ayının 20-də Şamaxının Çaylı kəndində anadan olub. O, 1974-cü ildə Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına daxil olur və 1979-cu ildə solo oxuma ixtisasıyla oranı bitirir. Fuad Əhmədov sənət fəaliyyətinə isə 1988-ci ildə 1996-cı ilərdə H.Bağırovun yaratdığı Bakı Bələdiyyə "Tənqid-Təbliq” teatrından başlayır .1996- cı ildən yenidən Musiqili Komediya Teatrına qayıdaraq ömrünün sonuna kimi solist-vokalist aktyor eyni zamanda Rus Bölməsi üzrə Aktyor Truppasının müdiri kimi fəaliyyət göstərir. Fuad Əhmədov yaradıcılığı müddətincə bir sıra tamaşalarda rol alıb. Onlardan "Qaynana"-da İlqar, "Hələlik"-də Hörmətzadə, "İmtahanda"-da məktəb direktoru , "Bankir Adaxlı"-da Zaur, "O olmasın Bu olsun"da Rüstəm bəy ,"Nəğməli könül"də Aslan və bir çox tamaşalarda müxtəlif obrazlar yaradıb. Eyni zamanda "Yük", "Qəzəlxan", "Şirbalanın Sonuncu Məhəbbəti " və bir çox bədii filmlərdə müxtəlif obrazlar yaradıb.




Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!