İqbal Məmmədova yapışmayan kampaniya

2019-08-20 11:05:20 / 41600 dəfə oxunub

"Relax” İstirahət Mərkəzində baş verən məlum olaylar ölkə gündəmini dəyişdi. Sözün əsl mənasında baş verənlərə don geyindirmək olmasa belə İstirahət Mərkəzi ilə bağlı adı hallanan deputat İqbal Məmmədov barəsində sosial şəbəkələrdə qara piar aparılır. Bu da təbii ki, məqsədli şəkildədir. Elə bu hadisənin də gündəmə gəlməsi məqsədli deyilmi?

Sözügedən istirahət mərkəzi neçə illərdir fəaliyyət göstərir. Və deyərdim ki, cənub bölgəsinin ümumilikdə Azərbaycanın ən öndə gedən istirahət mərkəzlərindəndir. Məhz bu istirahət mərkəzində yaradılan şəraitə görə  ölkəmizə nə qədər turist gəlir. Nə bir məsələni də yaddan çıxarmayaq ki, bu qədər geniş ərazini əhatə edən bir mərkəzdə heç bir narazılıq halı qeydə alınmayıb. Bu isə işin təşkilindən xəbər verir. Belə olan halda gündəm mövzusunu acı saqqız kimi çeynəməyin nə adı var?

İqbal Məmmədov həm deputatlıq dönəmində həm də hakim partiyanın funksioneri kimi daim öndə olan simalardan olub. Seçiciləri ilə görüşlərindən, Lerik üçün etdiklərindən çox söz açmaq istəmirəm. Ancaq hər il ən yüksək balla universitetlərə girən Leriklilər üçün etdiklərini heç kim dana bilməz.  Tələbə adını qazananlara hədiyyələrin verilməsi, onların təhsil və digərsosial problemlərinin həllinə dəstək olmaq İqbal Məmmədovun ən ündə məsələlərindən biri olub.

Bu yay istirahət üçün mən də cunab üz tutdum. Lənkəranda qərarlaşsam da Lerikə və xüsusən "Relax” İstirahət Mərkəzi ilə qiyabi tanışlıq üçün ərazidə oldum. İlk öncə onu qeyd edim ki, Lənkərandan Lerikə keçən andan yol boyu həmsöhbət olduğum insanlar İqbal Məmmədovun cənublular və xüsusən lerik üçün etdiklərini dilə gətirirdilər. Hətta "Relax” İstirahət Mərkəzinin bu ərazidə olması vətəndaşların işsizlik problemini əhəmiyyətli dərəcədə aradan qaldırıb.

İqbal Məmmədov prezident İlham Əliyev və onun siyasətinə ən sadiq insanlardan biridir. Mətbuata evrdiyi müsahibələrində, ölkəmizə qarşı xarici qüvvələr tərəfindən aparılan ikili siyasətdə daim öz prinsipial mövqeyini ortaya qoyub.  Milli Məclisdə etdiyi çıxışlarda, Lerikdə keçirilən mühüm tədbirlərdə cənab prezidentin sadiq əsgəri olduğunu açıq aydın bəyan edib.

İndi sosial şəbəkələrdə İqbal Məmmədovun həm siyasi həm də işgüzar hüfuzunu kölgə altına alan yazılar və şərhlər paylaşılır. Şəxsən mənim İqbal Məmmədovdan nə suyum, nə çörəyim gəlir. Bir deputat kimi tanıyıram. Ancaq inanın kaş ki, İqbal Məmmədov kimi vətəninə, dövlətinə və dövlətçiliyimizə ürəkdən, qəlbən sadiq olan insalarımızın sayı çox olaydı. O zaman biz daha da inkişaf edərdik.

Ədil Ədilzadə  

SABAHİNFO.AZ saytının direktoru

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!