Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir

2019-08-20 12:59:33 / 861 dəfə oxunub

Nəqliyyatın hərəkətinəsüni maneə yaradan məqamlardan biri də toy karvanlarıdır. Ümumiyyətlə,toy karvanlarının yol hərəkəti qaydalarına riayət etməməsi halları hər zaman müşahidə edilir. Bu da digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə törədir.

Baş Dövlət Yol Polisi İdarəsi vəziyyətlə bağlı profilaktik tədbirlər görür.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət QuliyevOxu.Az-a bildirib ki, bu mövzuda mütəmadi tədbirlər görülür, sürücülərə xəbərdarlıq olunur:

"Bu sahədə daim təbliğat işləri aparılır. Toy karvanlarının hərəkəti ilə bağlı sürücülərə xəbərdarlıq edilir. Təəssüf ki, bəzi hallarda qayda pozuntularına yol verilir. Qeyd etmək istəyirəm ki, yollardakı təhlükəsizliyi təmin etmək üçün yol polisi əməkdaşları daimi zəruri tədbirlər həyata keçirir və bəzi hallarda toy karvanlarının hərəkətinə xüsusi texniki vasitələrlə nəzarət olunur".

R.Quliyev qeyd edib ki, toy karvanı digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır:

"Toy karvanı bütün qaydalara riayət etmək şərtilə hərəkət etməlidir.Optimal sürət seçməklə manevr və ötmə qaydalarına əməl olunmalı, karvandakı avtomobillərin sayı mümkün qədər az olmalıdır. Avtomobillərin karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etmələri tövsiyə olunur”.


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!