Hərbi pilotun həyat yoldaşı: Rəşad Atakişiyevin övladları vətənpərvər ruhda böyüyəcəklər - VİDEO

2019-08-21 12:47:48 / 2025 dəfə oxunub

Rəşad Atakişiyevin övladları vətənpərvər ruhda böyüyəcəklər.

Oxu.Az-ın məlumatına görə, bunu təyyarə qəzasında ölən hərbi pilot R.Atakişiyevin həyat yoldaşı Könül Hüseynova dəfn mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

K.Hüseynova bildirib ki, həyat yoldaşı mərd, vətənini sevən, gözəl qəlbli, pak hisslərlə yaşayan bir insan idi:

"Onun məğrurluğu, şücaəti bizi əmin edirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf ki, arzumuz baş tutmadı. Rəşadın iki gül balası ona layiq, vətənpərvər övlad kimi böyüyəcəklər".

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!