Ana dəcəl övladını zəncirlədi, polis xəbərdarlıq etdi

2019-08-21 15:33:06 / 1855 dəfə oxunub

Sosial şəbəkələrdə və bəzi yerli saytlarda Nəsimi rayonu, Cavadxan küçəsi bina 56-da azyaşlı oğlan uşağının ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat yayılıb.

19-cu Polis bölməsi faktıOxu.Az-a təsdiq edib və məsələyə aydınlıq gətirilib.

"Sosial şəbəkədə yayılan foto barədə 19-cu Polis bölməsinin əməkdaşları hadisə yerinə gediblər və məlumat öz təsdiqini tapıb. Uşaq polislərə bildirib ki, anası və xalası tərəfindən onu döyməyiblər, sadəcə, ayağına zəncir vurublar ki, evi tərk etməsin.

Məlum olub ki, uşağın anası işləyir, uşağıevdə saxlamaq üçün onun ayağına zəncir vurub. Səbəb kimi uşağın dəcəl olması göstərilir", - məlumatda deyilir.

Polis əməkdaşları anaya uşaqla bu cür rəftarın qanunsuz olduğunu bildirib və ona xəbərdarlıq ediblər.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!