Komitə rəsmisi: Son 5 ildə radikal dini qruplaşmalara qoşulanların sayı azalıb

2019-08-29 13:35:50 / 924 dəfə oxunub

Azərbaycanda radikal dini qruplaşmaya qoşulmaq sırf sosial amillərlə əlaqəli deyil.

Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayllov seyib.

Onun sözlərinə görə, burada bir çox amillər var: "Bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil. Dini qruplaşmaya qoşulanlar sırasında Fransa, Almaniya və İngiltərə əhalisi də çoxluq təşkil edir. Məgər onlar da kasıbdır? Deməli dini radikalizm təkcə sosial məsələ deyil. Burada sosial məsələlərlə yanaşı, başqa məsələlər də var. Azərbaycanda radikal dini qruplaşmaya qoşulmaq prosesində sosial-iqtisadi problemlərin də rolu var. Amma bunu sırf sosial problemlərlə bağlamaq düzgün deyil".

G.İsmayılov deyib ki, son 5 ildə görülən işlər nəticəsində radikal dini qruplaşmalara qoşulanların sayı əhəmiyyətli dərəcədə azalıb: "Biz bu gün həmin qruplaşmaların iqtisadi dayaqlarını ləğv etməyə çalışırıq. Bu gün qətiyyətlə deyə bilərəm ki, həmin radikal qrupların dinamikası həddindən artıq zəifləyib. Burada iqtisadi dayaqların ləğv edilməsi amili da dayanıb, eyni zamanda Suriya məsələsinin həll olunmasının müəyyən təsiri olub. Bir müddət əvvəl bizə belə bir müraciət daxil oldu ki, bir rayondan bu qruplara qoşulanların sayı təxminən 700 civarındadır. Biz məsələni araşdırdıq və həmin qrupa qoşulmağa təsir edən amilləri aradan qaldırdıq. Bu gün onların sayı 70 nəfəri keçmir. Azərbaycanda insanların rifah halı yüksəldikcə bu tendensiya azalır. Bu məsələni təkcə işsizliklə əlaqələndirmək olmaz. Çünki Suriyaya gedənlərin heç də hamısı işsiz deyildi. Sayın azalmasının bir səbəbi də hüquq-mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir".(trend)


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!