Bakıda sürüşmə və subasma olacaq - Nazirlik rəsmisindən xəbərdarlıq

2019-09-02 15:45:23 / 2167 dəfə oxunub

Payız mövsümündə yağışların intensivləşməsi nəticəsində Bayıl yamacında sürüşmənin olması gözlənilir.

Bu barədəOxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər NazirliyininMilli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Mütəxəssis xatırladıb ki,yağış suları sürüşmə baş verən ərazilərdə aktivliyi artırır:

"Bu yaxınlarda vətəndaşların müraciətləri ilə bağlı olaraq həmin ərazidə oldum. Belə ki, əhali keçən ilin oktyabr ayında sürüşmə baş verdiyinə görə bağlanan Badamdardakl 20-ci sahəavtomobil yolunun açılmasını istəyirlər.

Hazırda həmin ərazidə ümumi vəziyyət stabildir. Amma gələcəkdə sürüşmənin baş verməyəcəyinə zəmanət vermək olmaz. Gələcəkdə həmin ərazidə sürüşmənin olması gözlənilir. Çünki kütlə artıq əvvəlki stabil vəzyiyyətini dəyişib. Həmçinin, yağış suları alt süxurlara təsir etdiyi zaman sürüşmə baş verir. Payız mövsümündə də yağışlar artdığı zaman sürüşmə kütləsində aktivlik qeyd oluna bilər. Amma hazırda vəziyyət stabildir".

Əziz Qaralov hazırda subasma ərazilərində də stabil vəziyyətin hökm sürdüyünü bildirib: "Yağışların miqdarı çoxalan zaman subasma halları olacaq".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!