FHN-in bir sıra idmançı əməkdaşları ilə görüş keçirilib

2019-09-02 15:12:56 / 2822 dəfə oxunub

Avqustun 30-daFövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində (İSM) nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX), Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.

Görüşdə İSM-in rəisi polkovnik Füzuli Musayev həmin idmançıları - XRXX-nin N saylı hərbi hissəsinin xilasedicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nın sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, 15-17 mart Azərbaycanda keçirilmiş MMA üzrə Avropa çempionatının çempionu, 5 iyun 2019-cu il Azərbaycanda keçirilmiş "Qızıl kəmər" uğrunda beynəlxalq turnirin qızıl medal sahibi, sərbəst güləş üzrə dünya kubokunun sahibi, MMA üzrə Avropa və dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi G.Zutova 18 avqust 2019-cu il tarixində Gürcüstanda keçirilən MMA üzrə beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olub. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək sambo üzrə dünya çempionatına hazırlaşır.

22-25 avqust 2019-cu il tarixində Rumıniyanın Konstanta şəhərində keçirilən kunqfu sanda üzrə dünya çempionatında iştirak edən, 2016-cı il Macarıstanda keçirilən kempo idman növü üzrə Dünya Kubokunun, 2017-ci il tarixində Portuqaliyada keçirilən döyüş növlərinin dünya çempionatında kunqfu sanda idman növü üzrə gümüş medalın sahibi olan Orxan Mehdiyev 65 kq çəki dərəcəsində çempion olub, 2017-ci il tarixində Portuqaliyada keçirilən döyüş növlərinin dünya çempionatında kunqfu sanda idman növü üzrə çempion olan Şahmar Nəzərov isə bürünc medal qazanıb. İdmançılarımız noyabr ayındaİtaliyada keçiriləcək MMA üzrə dünya çempionatına hazırlaşırlar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!