Füzuli Musayev gənc idmançıları qəbul edib

2019-09-05 16:10:34 / 2649 dəfə oxunub

23-25 avqust 2019-cu il tarixlərində Türkiyənin Rizə şəhərində Karate üzrə Beynəlxalq turnir keçirilmişdir. Bu yarışda 12 ölkədən 1500-dən çox idmançı mübarizəyə qatılmışdır. Fövqəladə Hallar Nazirliyinin komandası İdman Sağlamlıq Mərkəzinin məşqçi müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında 3 gənc idmançımız ilə bu yarışa qatılaraq yüksək nəticələr göstərmişlər.

Komandanın üzvü Hacıyeva Fatma 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 5 döyüş keçirərək, bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olmuşdur. Komandanın digər üzvü Səfərov Əli 10 yaşlı idmançılar arasında -30 kq çəki dərəcəsində 6 görüş keçirərək yarışın gümüş medalına layiq görülmüşdür.

03 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik etmiş, gələcək yarışlara müvəffəqiyyətlər arzulamışdır.

.23-24 avqust 2019-cu il tarixlərində Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə 14-cü Dünya çempionatı keçirilmişdir. Bu çempionata 52 ölkədən 750 idmançı, o cümlədən ölkəmizi Fövqəladə Hallar Nazirliyinin komandasının ənənəvi Karate-Do Federasiyasının rəhbəri Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İdman qəza- xilasetmə kafedrasının rəisi 7-ci dan qara kəmər sahibi professor Əhməd Hətəmovun rəhbərliyi altında 3 idmançımız,  65 kq çəki dərəcəsində İmran Quluzadə, -74 kq çəki dərəcəsində Mehman Eynalov və +75 kq çəki dərəcəsində Fuad Əliyev mübarizəyə qatılaraq təmsil etmişdir.

İdmançılarımız dünya çempionatında millimizi uğurla təmsil edərək, +75 kq çəki dərəcəsində Fuad Əliyev çempionatın qızıl, -74 kq çəki dərəcəsində Mehman Eynalov isə gümüş medalına sahib olmuşdur.

 05 sentyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev Yaponiyanın Tokio şəhərində Karate-Do üzrə dünya çempionatında fəxri pillələrə yüksəlmiş idmançıları qəbul edərək, onları qazandıqları bu nəaliyyətlərə görə təbrik etmiş, gələcək yarışlara müvəffəqiyyətlər arzulamış və xatirə şəkliləri çəkdirmişdir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!