Roza Məmmədovanın çirkin əməllərinə kim dur deyəcək

2019-09-16 16:12:43 / 5126 dəfə oxunub

2019-2020 - ci tədris ili bugündən start götürdü.  Təhsil ocaqlarında sözün əsl mənasında canlanma müşahidə olunurdu. Şagirdlərlə yanaşı pedoqoji heyət dövlətin prioritet sahəsi olan təhsilimizin inkişafı üçün lazımı işlərin həyata keçirilməsi üçün tam hazır vəziyyətdə idilər. Ancaq aparılan araşdırmalar onu deməyə əsas verir ki, bugün təhsil sahəsində elə insanlar var ki, onlar birbaşa cənab Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlərə qara yaxır, bu yöndə müsbət keyfiyyətləri ayaqlar altına atırlar. Ən əsası bu insanlar vaqlideynlərdə dövlətə və dövlətçiliyə qarşı ikrah formalaşdırırlar. Söhbət Abşeron Rayon Masazır Qəsəbəsi Yeni Bakı Yaşayış Massivində yerləşən 4 saylı tam orta məktəbdən, ən dəqiqi bu məktəbin direktor vəzifəsini icra edən Roza Məmmədovadan gedir.

 "Burda mənəm Bağdadda kor xəlifə”

Roza Məmmədova 2 ildir ki, bu təhsil ocağına rəhbərlik edir.  2016-cı ildə Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə fəaliyyətə başlayan təhsil ocağının başı bəlalıdır. Belə ki, bu təhsil ocağında kadr çatışmamazlığı ilə yanaşı  sözün əsl mənasında bazar açılıb. Bu bazarın başında dayanan şəxs isə məktəbin direktoru Roza Məmmədovadır. "Burda mənəm Bağdadda kor xəlifə” dezifi ilə çıxış edən Roza Məmmədova heç kimdən və heç nədən çəkinmədən öz bildiyini edir. Məktəbə uşaq yerləşdirmək üçün müraciət edən valideyn 100 manat "tərləməli” olur. Bu ildən isə qiymətlər 200 manata qalxıb.  Sinif dəyişməyin öz haqqı, dərs növbəsinin dəyişməsinin öz haqqı var. Hətta saytımıza daxil olan məlumata görə burada müəllim işləməyin də öz haqqı var. Məktəb üçün dövlət tərəfindən hər cür şərait yaradılmasına, yeni istifadəyə verilməsinə baxmayaraq Roza Məmmədova hər il təmir pulu adı altında hər uşaqdan 3 manat tələb edir. Şəxsən özüm bu məsələ ilə bağlı qəbulunda olmuşam. Pulu verməyə gücüm çatmadığını bildirdikdə "özün gəlib məktəbdə krasqa vurarsan” deyə bildirdi. Bu kimi pedoqoqun məktəbə rəhbərlik etməyi indiki zamanda dövlətimizin apardığı uğurulu siyasətə kölgə salır. Roza Məmmədovanın etdiyi əməllər bununla da bitmir.

Roza Məmmədovanın adı KİV-lərə yad deyil. O, ötən illərdə bir müəllimdən 2000 AZN pul alaraq onu məktəbdə işə düzəldib və müəllimi əmin edib ki, onun əmri gələcək. Bir müddətdən sorna müəllim əmrinin gəlmədiyini görüb və R. Məmmədovadan pulunu tələb edəndə ikinci müəllimə qapını göstərib. Ümumilikdə R.Məmmədovanın fəaliyyətində qapı göstərmək adət halını alıb. Masazır kəndindən məktəbə uşaq qəbul edən Roza Məmmədova yaxınlıqda yerləşən "Qurtuluş” və "Yeni Bakı” kimi Yaşayış Massivinin uşaqlarını məktəbə qəbul etmək istəmir.

 Saytımıza daxil olan digər məlumatlara görə, Roza Məmmədova məktəbdə olan sinif otaqlarını müəllimlərə icarəyə verir. Valideylərin məktəbə daxil olmasına icazə verməyən müdirə xanım öz çirkin əməllərini çox təəssüflər olsun ki, günü gündən daha da genişləndirir. Müdirə xanım özünü məktəbdə elə aparır ki, valideynlər ona söz deyə bilmir. Qəbul otağında valideynləri pula görə qəbul edən müdirə xanım kolidorlarda validynlərə üz göstərmir. Bugün 3 M sinifində təhsil alan şagirdin valideyni ona fikrini çatdırmaq istəyərkən analoqu olmayan hadisə ilə üzləşib. Müdirə xanım ona əli ilə toxunan valideynə "mən rəsmi şəxsəm. Mənə toxuna bilmərsiniz” deyə bildirib. Halbu ki, valideyn onun arxası icə düşərək dəfələrlə Roza xanım deyə müraciət edib. Ona fikrini çatdırmaq istəyib.

 Rus bölməsi üzrə 3-cü sinif şagirdlərinin valideynləri ilk dərs günündə qanı-qaraçılıq yaşayıb. Belə ki, yay tətili boyunca sinifə yeni müəllim təyin olunacağını bildirən R.Məmmədova öz şəxsi maraqlarından çıxış edərək hər hansı səbəblərə görə sinifə müəllim təyin edə bilməyib. Bu azmış kimi, ibtidai sinif sayılan 3 M  sinifini bilərəkdən günorta növbəsinə təyin edib.  Sinif çatışmamazlığını bənahə edən Roza Məmmədova halbu ki, sənər növbəsi üçün hər valideyndən 20 manat olmaqla ümumilikdə 500 manat pul istəyib. Bununla bağlı kifayyət qədər faktlarımız var və SABAHİNFO.AZ saytı olaraq bu məsələni gündəmdə saxlayacayıq.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Elnarə Həziyeva





Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!