Prezident Bakıya 10 milyon manat ayırdı

2019-09-18 19:08:39 / 863 dəfə oxunub

Ölkə başçısı İlham Əliyev Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinintəmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTACxəbər verir ki, sərəncama əsasən, Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılacaq.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!