Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - VİDEO

2019-09-18 18:10:17 / 1873 dəfə oxunub

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatəına görə, ticarət mərkəzlərinin birininqarşısında iki şəxs arasında dava düşüb.

Bu zaman tərəflərdən biri digərinin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, məqsədi vətəndaşı öldürmək olan şəxsi polis zərərsizləşdirib:

"İctimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib. 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində müəyyən olunaraq saxlanılıb, müvafiq polis şöbəsinə təhvil verilib”.

E.Hacıyev qeyd edib ki, faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatı öyrənilir. Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.

Hadisənin görüntülərini Bakupost saytı yayımlayıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!