Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

2019-09-18 17:50:30 / 1855 dəfə oxunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub.

Oxu.Az-ın məlumatına görə, bu müddət ərzində ölkəyə 26 min 695 avtomobil idxal edilib.

Bunlardan 246-sı sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.

Əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik maşınları və digər motorlu nəqliyyat vasitələrinin sayı24 min 88-dir.

İdxal edilən yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı isə 2 min 262olub.

Qeyd olunan dövr ərzində Azərbaycana 99 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!