Stadnik dünya çempionu oldu

2019-09-18 16:44:20 / 888 dəfə oxunub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 50 kq çəki dərəcəsində dünya çempionu olub.

Oxu.Azxəbər verir ki, o, həlledici görüşdə rumıniyalı Emiliya Alina Vuçu ilə görüşüb.

İlk hissəni 5:0 hesabı ilə irəlidə bitirən M.Stadnik yekunda rəqibinə göz açmağa imkan verməyib:13:0.

Bununla da M.Stadnik ikinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, yeddiqat Avropa çempionu olan Stadnik dünya çempionatında ilk dəfə 2009-cu ildə qızıl medal qazanmışdı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!