Qızılgüllərlə bəzədilmiş ən böyük hovuz Azərbaycanda!

2019-09-29 17:11:14 / 1962 dəfə oxunub
Bugünə kimi yalnız əcnəbi filmlərdə görə biləcəyimiz səhnəni Azərbaycanda ilk dəfə "7gul.az" gül butiki reallaşdırıb.

Yəqin ki, filmlərdə qızılgüllərlə bəzədilmiş kiçik hovuzun kənarında evlilik təklifləri ilə rastlaşmısınız. Amma bu dəfə bəlkə də dünyanın güllərlə bəzədilmiş ən böyük hovuzu əks edilən evlilik təklifi olan görüntülər yayılıb. Yəni görüntülərdəki, film deyil, real həyatdan olan hadisədir, çəkilişdir.

Həyat yoldaşına qeyri-adi sürpriz etmək istəyən gənc düzgün ünvana müraciət edib və nəticə göz qabağındadır! 8000 ədəd qırmızı qızılgüllə bəzədilmiş nəhəng hovuzun ortasında ağ qızılgüllərdən yığılmış ürəklə sevgisini fərqli şəkildə elan edən qəhrəmanın aldığı cavab isə ürəkaçan olub.

Xanımın bu sürprizi nə dərəcədə bəyənməsi görülən ən nadir və möhtəşəm mənzərədən aydın olur.

Bu qeyri-adi mənzərə "7gul.az" kollektivinin küləkli havada 15 saatlıq əziyyətini bir anda unutdurub.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!