Ərdoğan və Putin Soçidə görüşdü

2019-10-22 15:26:52 / 881 dəfə oxunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.

"Anadolu”agentliyi xəbər verir ki, görüşün mətbuata açıq hissəsində danışan Putin Suriyadakı vəziyyət fonunda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrin vacib olduğunu bildirib.

"Ankara ilə Moskva arasındakı münasibətlərinin son illərdə yüksəldiyi səviyyə bölgədəki problemlərin həllinə kömək edəcək”, - Putin deyib.

Rusiya prezidentinin sözlərinə görə, bölgədə fərqli dinamika müşahidə edilir və Moskva bunun fərqindədir.

Putin bu görüş və məsləhətləşmələrin çox məhsuldar olacağına əminliyini ifadə edib.

Ərdoğan öz növbəsində Putinlə görüşüSuriyada sülhü daha fəal müzakirə etmək üçün bir fürsət kimi qiymətləndirib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!