Türkiyə “Barış Pınarı” əməliyyatını DAYANDIRDI

2019-10-23 14:55:06 / 829 dəfə oxunub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalında aparılan "Barış Pınarı" antiterror əməliyyatının dayandırıldığını açıqlayıb.

Modern.azxəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Çavuşoğlu bununla bərabər, əməliyyatın bitmədiyini və lazım gələrsə ordunun terrorçulara zərbə vurmağa hazır olduğunu qeyd edib:

"Əgər terrorçular peyda olsa, ordumuz onlarla döyüşəcək. Silah, mina və tələlər qalıb, onları təmizləmək lazımdır. Hələ görüləcək çox işlər var. Bu səbəbdən meydanda qalacağıq”.

Qeyd edək ki, oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında Suriyaya dair razılaşma əldə edilib və tərəflər 10 maddəlik Niyyət Protokolu imzalayıblar.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!