“İrəli” İB-nin “Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyası Azərbaycanda geniş vüsət alıb

2019-11-01 16:10:29 / 965 dəfə oxunub

"İrəli” ictimai Birliyi Dövlət Bayraq Gününə həsr olunan"Üçrəngli Bayrağın Kölgəsində Mən” adlı aksiyayastart verib. Birliyin sədri MirHəsən Seyidov aksiya haqqında fikirlərini səsləndirərkən qeyd edib ki, ölkə başçısı hər zaman çıxışlarında xüsusi olaraq vurğulayır və çağırış edir ki, Azərbaycan gənci vətənpərvər ruhda yetişməlidir. Sədr onu da qeyd edib ki, Azərbaycanın üçrəngli dövlət bayrağı milli atributdur və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan gənci müsair texnologiyalardan və vasitələrdən düzgün qaydada istifadə etməli, informasiya müharibəsində rəqəmsal platforma və rəqəmsal texnologiyanın imkanlarından yararlanmalıdır. Biz də "İrəli” komandası olaraq "Üçrəngli Bayrağın Kölgəsində Mən” askiyasına start verdik və aksiyanın əsas məqsədi yerli və xarici platformada yer alan gəncləri şanlı Azərbaycan bayrağının altında toplaşmağa səsləməkdir.

6 gündür ki, başlayan aksiyaya Azərbaycan Respublikasının müxtəlif regionlarının Gənclər və İdman İdarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, peşə təhsili müəssisələri, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, Olimpiya İdman Kompleksləri, "İrəli” İctimai Birliyinin gəncləri və aktiv üzvləri, müxtəlif idman federasiyaları, Mətbuat orqanları, Ali təhsil müəssisələri, özəl və dövlət qurumları, nazirliklər qoşulub.

Birlik aksiyaya qoşularaq dəstək olmaq istəyən dostları "Siz də öz eyvanınıza dövlət bayrağımızı asaraq bizə qoşulun! Şanlı bayrağın şəkillərini öz şəxsi profillərinizdə#bayraqmenliyimdirhəştəqi ilə paylaşmağı və səhifəmizin mesaj qutusuna göndərməyi unutmayın!”-deyə, səsləyib.

Qeyd edək ki, "İrəli” İctimai Birliyi ənənəvi olaraq əlamətdar günlərə həsr olunan tədbirlər həyata keçirir.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!