Yeni təyin edilən icra başçısı Qoca Səmədovun bu qərarını ləğv etdi

2019-11-01 16:26:52 / 462 dəfə oxunub

Yevlax şəhərinə təyinat alan yeni icra başçısı Anar Tağıyev uzun illərdir ki, bağlı qalan avtomobil yolunu açıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ötən gün dövlət başçısının sərəncamına əsasən, Yevlax şəhərinə təyin edilən icra hakimiyyətinin başçısı Anar Tağıyev yeni işinə başlayıb.

Yeni icra başçısının ilk tapşırığı şəhər İcra Hakimiyyəti binasının qarşısından keçən avtomobil yolunun açılması olub. Artıq yol açılaraq sakinlərin istifadəsinə verilib. Həmin yolda avtomobillərin hərəkəti bərpa edilib.

Qeyd edək ki, Heydər Əliyev prospektindən keçən yol şəhərin köhnə rəhbər şəxsləri tərəfindən 15 ildən çoxdur ki, bağlıdır. Bu yolun bağlı olması şəhərdə maşınların hərəkətində də müəyyən çətinliklər yaradırdı.

Xatırladaq ki, Yevlaxın əvvəlki icra başçısı Qoca Səmədov olub. O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!