Narkoman ər arvadını məzara, həmyerlisini xəstəxanaya göndərdi - Dəhşətli qətlin təfərrüatı

2019-11-01 15:25:46 / 518 dəfə oxunub

Salyan rayonunda qətl hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün Ağa Mirbağırağa küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayanrayon sakini, 37 yaşlı Nahid Hüseynov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı İlahə Hüseynovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

İlkin məlumata görə, bir aydan çoxdur ki, Hüseynovlar ailəsində ailədaxili münaqişə yaşanıb. Nəhayət, bu gün N.Hüseynov həyat yoldaşı İ.Hüseynova ilə yenidən mübahisə edib. O, üzərində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Bundan sonra rayonun Yunis Zərgərli küçəsində qarşısına çıxan, rayon sakini 39 yaşlı Zaur Sadıqovun bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbəsi endirib və özünə xəsarət yetirərək bıçaqla qolunu kəsib.

Meyit müayinə olunmasıüçün məhkəmə tibbi ekspertizasına göndərilib. Yaralı Z.Sadıqov və N.Hüseynov isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hər ikisinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Artıq N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən İ.Hüseynova üçazyaşlı uşaq anası olub. N.Hüseynovun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!