“Bizim Qarabağla bağlı konkret həll yolumuz yoxdur” - Paşinyan

2019-11-04 10:33:31 / 526 dəfə oxunub
Son bir il yarım ərzində Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində gərginlik azalıb.

Azvision.az "Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Paşinyan "Facebook”da canlı yayım zamanı deyib.

"Bildirmək istəyirəm ki, son bir il yarım ərzində sərhəddə gərginlik azalıb. Lakin bu, ümumiyyətlə gərginliyin olmaması demək deyil. Bu, mövcuddur və davam edir", - Paşinyan söyləyib.
O, əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə 2018-ci ildə Düşənbədə keçirilən görüşdən sonra cəbhədə gərginlik azalıb.

"Lakin, mövcud vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması anlamına gəlmir. Bizim hələlik Qarabağ probleminin nizamlanmasında konkret həll yolumuz yoxdur" - deyə Paşinyan vurğulayıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!